Azərbaycan Britaniya kralına rəsm əsəri HƏDİYYƏ ETDİ - FOTO

Azərbaycan Britaniya kralına rəsm əsəri HƏDİYYƏ ETDİ - FOTO

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Kralı III Çarlza tanınmış heykəltəraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərinin təsvir olunduğu rəsm əsərini hədiyyə edib.

 

Bu barədə Sfera.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 

Bildirilib ki, Böyük Britaniyada keçirilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan nümayəndə heyətinin çıxışları uğurla başa çatıb. Tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu möhtəşəm tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə Qarabağ atları, milli musiqi və Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.

 

100 mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu rolunu Azərbaycanın xalq artisti Yusif Eyvazov və əməkdar artist Tural Ağasiyev, Nigar rolunu əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə peşəkarlıqla ifa ediblər.

 

Tədbir çərçivəsində “Heydər Əliyev fondu”nun dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini və xalçaçılıq sənətini özündə tərənnüm edən “Azerbaijan Cultural” tenti qurulub.

 

Qeyd edək ki, May ayının 4-də saat 19:15-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu Azərbaycanın “Land of Fire” komandası ilə Böyük Britaniyanın ən nüfuzlu “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu baş tutub. Dünya atçılığına “Çövkən” oyununu bəxş etmiş Azərbaycan təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük Britaniya komandası arasında ilk yoldaşlıq görüşü kimi əlamətdar olan və gərgin mübarizə şəraitində keçən bu qarşılaşma Azərbaycan komandasının xeyrinə 6:4 hesabı ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Seyid İbrahim Rəisinin sərhəddə görüşü başlayıb - FOTO

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Preziden...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son GÖRÜNTÜSÜ

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, T.Əhmə...

Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO

Azərbaycanda bir ailədən çıxan bir neçə məşhur simaya son dönəmlər çox rast gəlinir.    Sfera.az sia-ya istinadən xəbər verir ki, məşhur yumo...

VI sinif şagirdləri üçün monitorinq keçirilir

Dövlət ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün monitorinq keçirilir.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövl...

Azərbaycan qadınları Beynəlxalq Sammitdə - FOTOLAR

Hər il dünyanın müxtəlif ölkələrində dövlət səviyyəsində keçirilən “Global Women Summet” (Beynəlxalq Qadınlar Zirvəsi) bu il İspaniya Kraliçası Leti...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB/VİDEO

Növbəti aylarda düyü yenidən bahalaşa bilər.   Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəli...