UNEC rektoru İzmirdə işgüzar səfərdə OLDU

UNEC rektoru İzmirdə işgüzar səfərdə OLDU

UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ege Universitetində işgüzar səfərdə olub.

 

Sfera.az xəbər verir ki, Ege Universitetinin rektoru professor Necdet Budaklə görüşdə UNEC ilə Ege Universiteti arasında “Qida mühəndisliyi” ixtisası üzrə ötən ildən start verilmiş iki diplom proqramı ilə bağlı yekun məsələlər müzakirə olunub. İkili diplom proqramına əsasən, 1-ci kursu bitirmiş UNEC tələbələri 2-ci və 3-cü kursda Ege universitetində təhsil alacaqlar.

 

UNEC-in nümayəndə heyəti Ege Universitetinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyət prinsipləri ilə də tanış olublar.

 

İzmirə səfər çərçivəsində rektor prof. Ədalət Muradov İzmir İqtisadiyyat Universitetinin rektoru professor Yusuf Hakan Abacioglu ilə də görüşüb. Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunaraq, müvafiq qərarlar verilib.

 

UNEC nümayəndələri Ege universitetinin rektorunun dəvətilə Azərbaycan da daxil olmaqla, 77 ölkədən 1000-dən artıq filmin təqdim edildiyi Turan Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimində də iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR

Günel türk mediasına yeni biznesini AÇIQLADI

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib.   İfaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığı...

Ceremi Klarkson ikinci dəfə Britaniyanın ən seksual kişisi seçildi

Ceremi Klarkson Britaniyada yenidən ilin ən seksual kişisi seçilib.   Sfera.az xəbər verir ki, “Encounters” tanışlıq saytının illik sorğu...

"Şəxsiyyət ola biləcək aparıcılarımız azdır" - Nailə İslamzadə

Əməkdar artist Nailə İslamzadə "Həftənin qonağı" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, aparıcı həmkarlarından danışıb. &quo...

Bu yolda yarımdairə ləğv edilir - VİDEO

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün...

Əməkdar artist vəfat edən xanımından danışdı

"İlahiyə təşəkkür edirdim bu sevgi, xoşbəxtlik və İranə üçün. Çünki Allah mənə nə yaxşı şey veribsə, hamısı İranənin timsalında olub. Ən böyük sevgini onun...

Azərbaycanda anemiya xəstəliyi olan şəxslərin sayı AÇIQLANDI

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statis...