Gürcüstan prezidenti: \"Veto hüququmdan istifadə edəcəm\"

Gürcüstan prezidenti: \

Gürcüstan prezidenti Salome Zurabişvili "Xarici agentlər haqqında" qanun layihəsi qəbul olunarsa, veto hüququndan istifadə edəcəyinə söz verib.

 

Sfera.az xəbər verir ki, Gürcüstan parlamenti qanunu birinci oxunuşda qəbul edib.

 

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, bu, tək qanun deyil, Avropa Birliyinin tövsiyələrinə zidd olan bütöv bir strategiyadır. Prezident qeyd edib ki, bu, xalqın səsi olacaq.

 

Onu da əlavə etmək lazımdır ki, vetonu ləğv etmək üçün parlament üzvlərinin 76 səsi kifayətdir.

 

Qeyd edək ki, "Xarici agentlər haqqında" qanun layihəsi müxalifətin, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin bəzi təbəqələrinin tənqidinə səbəb olub. Sənədin qəbul edilməsinin əleyhdarları hesab edirlər ki, bu Rusiya qanunvericiliyindəki xarici agentlər haqqında qanunun eynisidir.


OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluq: “Bu ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir”

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin aşkar olunmuş meyit qalıqları ilə bağlı aparılan ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir. &...

Qida allergiyası nədir və hansı əlamətləri var? - AÇIQLAMA 

Son illərdə allergik xəstəliklərin sayı artmaqdadır. Bu hala uşaqlarda daha çox təsadüf edilir. Ətraf mühit amilləri ilə yanaşı qidalar da allergiyaya səbəb olu...

Bu maşınlar ucuz qiymətə SATIŞA ÇIXARILACAQ: 300 manatdan 15000 manatadək... - SİYAHI + QİYMƏTLƏR

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nəqliyyat vasitələrinin və avadanlıqların hərrac yolu ilə satışını həyata keçirəcək....

Kütləvi məzarlıqlarda beynəlxalq qanunvericiliyin hansı tələblərinin pozulduğu AÇIQLANDI

Kütləvi məzarlıqlarda "Hərbi əsirlərlə rəftara dair", "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" və "Beynəlxalq silahlı münaqiş...

Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək GÖTÜRÜLDÜ

Bu il aprelin 27-dək 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.   Sfera.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin ə...

Azad edilmiş ərazilərdə 172 nəfərə məxsus meyit qalıqları TAPILDI

Hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları aşkar edilib.   Sfera.az-ın ...