“Krokus”da törədilən terror aktına görə saxlanılan çeçen polis bölməsinə öldü

“Krokus”da törədilən terror aktına görə saxlanılan çeçen polis bölməsinə öldü

Moskvada “Krokus City Hall” konsert zalında törədilən terror aktı zamanı saxlanılan çeçen bir qədər keçməmiş polis bölməsində dünyasını dəyişib.

 

Sfera.az bildirir ki, saxlanılan Asxab Uspanovun anasının sözlərinə görə, oğlu konsert zalında baş verən hadisələrdə iştirak etməyib. O, iddia edir ki,  dini inanclarına görə oğlu intihar edə bilməzdi. Müxalifət mediasından biri isə hesab edir ki, polis onu işgəncə ilə öldürüb.

 

Asxab Uspanovun anası Taisa Uspanova jurnalistlərə açıqlamasında bildirib ki, həbsdən əvvəl oğlu həyat yoldaşı ilə işə gedib, lakin hüquq-mühafizə orqanları onlardan əvvək gəlib.

 

Qadın dərhal polis bölməsinə getmək istəsə də, Asxab bunu etməməyi xahiş edib. O, təhlükəsizlik qüvvələrinin üzərində heç bir şey olmadığını əsas gətirib. Daha sonra o, asayiş keşikçilərinə qarşı kobudluq edib və yenə də həyat yoldaşından gəlib onu götürməsini istəyib.


2 saatdan sonra qadın polisə müraciət etsə də, görüş əvəzinə ona “ərinin artıq orada olmadığını” deyiblər. Bu, həyat yoldaşı üçün böyük şok və sürpriz olub. Gəlininin həyat yoldaşı ilə yenicə telefonla danışdığını iddi edən qadın, hüquq-mühafizə orqanı əməkdaşının: "Danışdın, amma bir daha danışmayacaqsan"-dediyini iddia edir. 

 

Qeyd edək ki, ölüm hadisəsi martın 22-də, məhz terror aktının baş verdiyi gün baş verib. Asxab Uspanov fərdi sahibkar olub, ş ölümü ilə əlaqədar biznesi dərhal ləğv edilib. Anası dəfn mərasiminin Çeçenistanda keçirildiyini və oğlunun terror aktında əli olmadığını da bildirib


Qeyd edək ki, Çeçenistanın müxalif nəşri “1ADAT” adamın ölümünü ilk yayan media orqanı olub və jurnalistləımr ölümün polisin işgəncəsi nəticəsində baş verdiyinə inanırlar. İntihar guya, təhlükəsizlik qüvvələrinin “cinayətlərini gizlətməyə” çalışdığı üçün təşkil edilib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...