ŞOK HADİSƏ: Keçmiş baş prokurorun müavini və qızı ölü tapıldı

ŞOK HADİSƏ: Keçmiş baş prokurorun müavini və qızı ölü tapıldı

Ukraynanın keçmiş baş prokurorunun müavini Olqa Kolinko paytaxt Kiyevdə öz evində ölü tapılıb. Bundan əlavə, onun qızı Yaroslavanın cəsədi də qonşu mənzildə tapılıb.


Sfera.az xəbər verir ki, ötən gün evlərinə su sızmağa başlayan qonşular ev sahiblərinin qapını açmadığını görüb, polisə və mənzil idarəsinin işçilərinə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları qapını sındıraraq keçmiş prokuror müavininin meyitini aşkar ediblər, qızı isə yaxınlıqdakı mənzilində ölü tapılıb.


Hazırda qadınların ölümünün səbəblərini aydınlaşdırmaq üçün hadisə yerində istintaq qrupu və ekspertlər işləyir.


Mənbələr onu da qeyd edib ki, 71 yaşlı Kolinko uzun müddət xəstə olub. Evindən çıxmayan yaşlı qadına qızı baxıb.

 

Olqa Kolinko iki dəfə - 1993-cü ildən 2000-ci ilə və 2003-cü ildən 2005-ci ilə kimi Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışıb.


2001-2003-cü illərdə o, prezident Leonid Kuçmanın yanında mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə komitəsinə rəhbərlik edib.

 

Kolinko həm də Ukraynanın keçmiş baş naziri Pavel Lazarenkonun işi üzrə əsas müstəntiqlərdən biri olub. Qeyd edək ki, Pavel Lazarenko sonda ABŞ-da mühakimə olunub və bir daha Ukraynaya qayıtmayıb.
 

Bundan əlavə, Kolinko keçmiş baş prokuror Svyatoslav Piskunu vəzifədə işləyərkən paralel kommersiya fəaliyyətində ittiham edib.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR