Zelenski Trampdan mühüm addım gözləyir

ABŞ Prezidenti Donald Tramp "Rassvet" peyk sisteminin yaradılmasında iştirak edən Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər.
Sfera.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib .
Zelenskinin sözlərinə görə, Rusiya ordusu Ukraynaya qarşı müharibədə "Starlink"ə çıxışını itirdikdən sonra Moskva öz peyk şəbəkəsinin inkişafını sürətləndirib.
Zelenski Çinin həqiqətən də Rusiya Federasiyasına "Starlink"ə bənzər bir sistem yaratmağa kömək etdiyini təsdiqləyib.
"Biz bilirik ki, Çin peyklər üzərində işləyir, Rusiyaya "Starlink"in analoqunu yaratmağa kömək etmək imkanı üzərində işləyir", - deyə prezident vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, o, dəfələrlə Trampla bu peyk şəbəkəsinin inkişafında iştirak edən strukturlara qarşı sanksiyalar məsələsini qaldırıb.
Zelenskinin sözlərinə görə, o, bu barədə ABŞ Prezidenti ilə sonuncu dəfə BMT Baş Assambleyasının iclası çərçivəsində Nyu-Yorkda keçirilən görüşdə danışıb.
Daha əvvəl, onun yaradılması üzərində işləyən "X Holding" şirkətinin rəhbəri Aleksey Şelobkov Rusiyanın 2027-ci ildə "Rassvet peyk" sisteminin buraxılması planları barədə məlumat vermişdi.
Sistemin ilk 16 peyki mart ayında Yer kürəsinin aşağı orbitinə buraxılıb. Növbəti bir neçə il ərzində peykin genişləndirilməsi planlaşdırılır.
Müqayisə üçün, "Starlink" şəbəkəsinin hazırda orbitdə 10 mindən çox peyki var.





