ABŞ təyyarəsi radarlardan itdi

Kateqoriya məlum deyil
T
ABŞ-də göyərtəsində altı nəfər olan "Gulfstream G100" təyyarəsi Bermud adalarından Bostona uçarkən radarlardan itib.
Sfera.az xəbər verir ki, təyyarə ilə əlaqə bu gün səhər Massaçusetsdə Nantaket sahillərində kəsilib. Axtarışa ABŞ Sahil Mühafizəsi rəhbərlik edir.
Təyyarədə dörd heyət üzvü və iki sərnişin olub. Təyyarə tibbi uçuş həyata keçirirmiş və Kanadanın "Latitude Air Ambulance" şirkətinə məxsusdur.
ABŞ Federal Aviasiya Administrasiyası təyyarənin radarlardan itməsindən sonra Sahil Mühafizəsinə məlumat verib.
Axtarışda hava və dəniz qüvvələri iştirak edir.





