Siyasi görüşlərinə görə ana öz qızı haqqında polisə müraciət etdi

Siyasi görüşlərinə görə ana öz qızı haqqında polisə müraciət etdi

Moskva sakini Ukraynadakı müharibə ilə bağlı mübahisə etdiyi üçün öz qızı haqqında polisə ərizə yazıb.
 

Sfera.az bildirir ki, ailədəki siyasi parçalanma, ananın qızı ilə Ukraynadakı müharibəni müzakirə etmək qərarına gəldikdə baş verib. Qadının qızı mütəmadi olaraq hərbi mövzularda videolara baxır və Rusiyanın Ukraynaya təcavüzünə görə anası ilə daim mübahisə edir. 6 ay əvvəl qız bu mövzuda bacısı və kürəkəni ilə də dava edib.
 

Ötən gün siyasi çəkişmələr yenidən dava-dalaşla bitib və 3 gün sonra ana polisə gedərək onun haqqında donos yazıb.
 

Qadın hüquq-mühafizə orqanlarına bildirib ki, qızı kifayət qədər Ukraynayönlü mövqe tutmadığına görə onu zorakılıqla hədələyib. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları ailə münasibətlərini və siyasi baxışlarını nəzarətə götürəcək.
 

Xatırladaq ki, rusiyalı qadın Kseniya Krotova Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibəyə görə həmyerlilərinə qarşı minə yaxın şikayət yazıb. O bildirib ki, Rusiyanın Ukraynaya ödəyəcəyi təzminatlara görə o, daha da pis yaşamağa başlayacaq.
 

Bundan əvvəl Rusiyada bir qadın anti-Rusiya mövqeyinə görə uşağı haqqında donos yazmışdı. Buna səbəb 8 yaşlı qızın Rusiya bayrağını əlləri ilə əzdiyi videosu olub. Birinci sinif şagirdinin hərəkətləri yoxlanılıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR