Tarix boyu insanlar üzərində aparılmış 5 ƏN QORXUNC TƏCRÜBƏ

Tarix boyu insanlar üzərində aparılmış 5 ƏN QORXUNC TƏCRÜBƏ

Bütün tarix boyu elm xadimləri öz araşdırmalarını təcrübələr vasitəsilə aparıblar.



Yeni kəşflərinin gələcəkdəki nəticələrini görmək və etibarlığından əmin olmaq istəyən alimlər təcrübələrini müdafiəsiz insanlar üzərində etməkdən çəkinməmişlər.

Sfera.az bu yazıda bəşəriyyət tarixinin ən qorxnc təcrübələri haqqında məlumat verir.


1. Stanford Həbsxana təcrübəsi

Stanford həbsxana təcrübəsinin məqsədi həbsxanada yatmağın məhkumlar və nəzarətçilər üzərindəki psixoloji təsirini araşdırmaq idi. Təcrübə 1971-ci ildə Stanford Universitetində professor Filip Zimbardo tərəfindən həyata keçirilib. Professor və qrupunun məqsədi həbsxanalardakı pis mühitin şiddətə meylli məhkum və nəzarətçilərin şəxsiyyətlərindən qaynaqlandığını sübut etmək idi. İştirakçılara 2 həftəlik şərti “həbsxana” şəraitində qalacaqları bildirildi. 75 könüllü iştirakçı arasından psixoloji olaraq stabil və sağlam görünən 24 nəfər seçildi. İştirakçıların əksəriyyəti sosial baxımdan orta təbəqənin nümayəndələri idi. İştirakçılar 2 həftəlik təcrübə üçün günə 15$ qarşılığında qatılmağı qəbul etdilər.


Könüllülər məhkumlar və nəzarətçilər olmaqla iki qrupa ayrıldılar. Təcrübə zamanı nəzarətçilər məhkumlara zorakılıq da tətbiq etməyə məcbur edilirdi.
Təcrübənin nəticələri elm xadimləri arasında uzun müddət müzakirə və mübahisələrə səbəb olmuşdu.


Təcrübədən əldə edilən göstəricilər nüfuzun gücü və zehni uyğunsuzluq nəzəriyyəsi kimi sahələrdə istifadə edilib. Bu eksperiment insanların düşdükləri şəraitə görə reaksiya verdiyini, xarakterlərini və davranışını dəyişdiyini sübuta yetirmiş oldu.



2. Canavar təcrübəsi


1939-cu ildə ABŞ-ın Lowa əyalətində 22 yetim uşaq üzərində nitqlə bağlı bir təcrübə aparılıb. Təcrübəni Lowa Universitetində elmi işçi Doktor Wendell Conson həyata keçirib. Wendell, öz tələbələrindən birini təcrübəni aparmağı tapşırdı və özü də təcrübəni yaxından təqib etməyə başladı. Təcrübə aparanlar, düzgün danışıqla bağlı bir müddət təhsil verdikləri uşaqları iki ayrı qrupa böldülər və ilk qrupa müsbət rəylər verdilər. Onlara çox düzgün danışdıqlarını və mükəmməl nəticə əldə etdiklərini söylədilər. İkinci qrupa isə tamamilə neqativ və mənfi fikirlər bildirib, çox pis danışdıqlarını, hamısının bir pəltək olduğunu və həyatları boyu pəltək qalacaqlarını bildirdilər. Mənfi geri bildiriş etdikləri qrupdakı normal uşaqların çoxu həyatları boyu psixoloji narahatlıq və nitq pozğunluğu yaşadı. Bu təcrübənin canavar təcrübə adlandırılmasının səbəbi, həkimin bunu valideynlərdən məhrum uşaqlar üzərində reallaşdırmış olması idi.

3. CIA Zehin Nəzarəti

Bu layihənin adı MKULTRA layihəsidir. MKULTRA CİA tərəfindən qeyri-qanuni bir şəkildə insanlar üzərində aparılan təcrübəyə verilən addır. Eksperimentin məqsədi işgəncə və sorğuda insanların şüuruna təsir etməklə, beyinlərini kontrol etmək üçün müəyyən preparatlar istifadə etmək və hadisələrin gedişatını izləmək idi. Bu təcrübə dəfələrlə qeyri-qanuni şəkildə istifadə olundu. CİA-nın bu təcrübələrdə ən çox istifadə etdiyi narkotik maddəsi LSD idi. LSD ilə Rus agentlərini istədikləri şəkildə danışdırmağı test etmək istəyirdilər. Buna görə də bir çox adam üzərində LSD ilə təcrübə aparıldı. Bu adamların çoxu ruhi xəstəlikləri olanlar, küçə qadınları, evsizlər idi. Bu insanlar gələcəkdə hər hansı bir iddia qaldıra bilməzdilər, onsuz da kimsə onlara inanmayacaqdı.

4. Şimali Koreyada insan təcrübəsi

Alman və Yapon əsgərlərinin Şimali Koreyada insanlar üzərində təcrübə apardıqlarına dair bir çox sənədlər var. İşgəncələrdən və təcrübədən qaçmağı bacaran qadın əsirlərdən birinin danışdığı hekayə isə çox dəhşətli idi. Onun iddiasına görə seçilən 50 sağlam qadın əsir zorla zəhərli bitkiləri yeməyə məcbur edilirdi. Bitkiləri yeyən 50 qadın təxminən 20 dəqiqə sonra ağızlarından və sidik yollarından qan gələrək ölürdülər. Həmçinin əsirlər üzərində zəhərli qaz testi də sınaqdan keçirilib.

5. Tuskegee Sifilis araşdırmaları

1932 və 1972-ci illər arasında ABŞ-ın Alabama ştatının Tuskegee qəsəbəsində ABŞ Səhiyyə Xidməti tərəfindən sifilisə şəfa tapmaq üçün bir klinika yaradılıb. Bu klinikada təcrübə olaraq zəncilərdən istifadə edildi. Təbii ki, bu insanlar sifilis xəstəliyinə tibbi həll tapmaq üçün istifadə edildiklərinin fərqində deyildilər. Özlərinə ABŞ hökuməti tərəfindən pulsuz səhiyyə xidməti verildiyi deyilmişdi. 600-ə yaxın fermeri bu şəkildə aldadıblar və sonrakı mərhələlərdə təkcə penisillinlə kifayəndikləri bu təcrübəni ölümlə başa çatana qədər davam etdirdilər.



Aynil


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...