Rusiya bu istiqamətdə ordusunu gücləndirir
23:55 / 13.06.2022
11931
Rusiya Krivoy Roq istiqamətində qoşunlarını gücləndirir.
Sfera.az Axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"Xüsusilə, düşmən Yujnobuqski istiqamətində müdafiəni davam etdirir. O, əsas səylərini kəşfiyyat döyüşlərinin aparılmasına, ehtiyat birləşmələrin və Krivoy Roq istiqamətində hava hücumundan müdafiə sisteminin döyüş qabiliyyətinin artırılmasına, müdafiə xətləri və mövqelər üçün mühəndis avadanlıqlarına yönəldib", - Baş Qərargahın məlumatında qeyd olunub.