Rusiyalı oliqarxlar “Borjomi”nin səhmlərini Gürcüstana pulsuz verdilər

Rusiyalı oliqarxlar “Borjomi”nin səhmlərini Gürcüstana pulsuz verdilər

Ukraynada aktivləri olan IDS Borjomi International öz səhmlərinin bir hissəsini Gürcüstan hökumətinə verir.

 

Sfera.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyi məlumat yayıb. Rusiyalı oliqarxlara məxsus “IDS Borjomi International” iyunun 13-də elan edib ki, onun majoritar səhmdarı şirkətin səhmlərinin 7,73%-ni təmənnasız olaraq Gürcüstan hökumətinə verəcək və artıq ona nəzarət edə bilməyəcək.

 

Gürcüstanın icra hakimiyyətinin təklifi rəsmi qəbul etməsindən sonra “IDS Borjomi International” şirkətinin 7,73%-i heç bir kompensasiya ödənilmədən Gürcüstan hökumətinə veriləcək. 

 

“Əminəm ki, bu müqavilə sayəsində şirkət Gürcüstanda Borjomi mineral sularının istehsalını bərpa edəcək və biz Borjomi-nin Ukraynadakı eksklüziv distribyutoru olaraq ukraynalı istehlakçıları sevimli məhsulu ilə təmin etməyə davam edəcəyik” - Biznesin İnkişafı və Marketinq direktoru Natalia Matusevych deyib.

 

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başladıqdan sonra bir çox tanınmış xarici şirkətlər Rusiya bazarından çəkildiklərini bəyan ediblər. 


OXŞAR XƏBƏRLƏR