“McDonald\'s” bu adla yenidən Rusiyaya qayıtdı - FOTOLAR

“McDonald\'s” bu adla yenidən Rusiyaya qayıtdı - FOTOLAR

İyunun 12-si Moskvada Amerikanın “McDonald's” şəbəkəsinin yenilənmiş ilk restoranı açılıb.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin baş direktoru Oleq Paroev mətbuat konfransında açıqlayıb.

 

Onun sözlərinə görə, restoran indi “Dadlıdır və nöqtə” (“Вкусно и точка”) adlanır.

 

Sözügedən restoran tarixi məkanda, yəni Puşkin meydanında açılıb. Belə ki, 1990-cı illərdə ilk “McDonald's” restoranı məhz burada açılıb.

 

Paroev qeyd edib ki, hər həftə 50-100 restoranın işinin bərpa olunması planlaşdırılır.

 

Restoranın menyusu bir-iki dəyişiklik edilməklə saxlanılıb.

 

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyata başladıqdan sonra bir neçə xarici şirkət kimi, “McDonalds” da mart ayının əvvəlində Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağladığını bəyan etmişdi. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir. Bir müddət əvvəl isə “McDonald's” şirkətinin restoranlarının iyun ayının ortalarında Rusiyada yeni brend adı altında yenidən açılacağı barədə məlumat yayılıb.

 


OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...