Kadırov əxlaqsız “əyləncə“nin 3 iştirakçısını “itirdi“ - Qroznıda qandonduran olay - Foto

Kadırov əxlaqsız “əyləncə“nin 3 iştirakçısını “itirdi“ - Qroznıda qandonduran olay - Foto

Çeçenistanda 3 nəfər itkin düşüb. Onların qətlə yetirilərək basdırıldığı iddia olunur.

 

Sfera.az bildirir ki, bu faciəli hadisə Qroznıdakı manikür salonlarından birindəki seansda başlayıb. 34 yaşlı çeçen Mariya xidmətlərindən sürəkli istifadə etdiyi pedikür ustası, əslən Şimali Osetiyadan olan Sofyaya mənzildə əxlaqsız eyş-işrət gecəsinə qatılmağı təklif edib.

 

Gecədə Mariya, onun 30 yaşlı əri, Çeçenistanın İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı Bəşir, Bəşirin 31 yaşlı əmisi oğlu Adam və 19 yaşlı Sofya iştirak ediblər.

 

Gecədə yaşananları Mariya smartfonla videoya çəkib, Bəşir isə narkotik maddələr qəbul edib.

 

Daha sonra Bəşir bəzi görüntüləri "qürrələnmək" üçün dostuna göndərib. Və bu, onun fatal səhvi olub.

 

Fotolar sosial şəbəkələrdə, çatlarda ildırım sürətilə yayılıb, sonda Çeçenistan polisinin əlinə düşüb.

 

Müstəntiqlər Bəşirlə Adamı bir neçə dəfə ifadə verməyə çağırsalar da, yetərincə dəlil olmadığından onlara qarşı ittiham irəli sürülməyib.

 

Az sonra isə həmin gecədə çəkilmiş videolar sosial şəbəkələrdə dolaşmağa başlayıb və Çeçenistan prezidenti Ramzan Kadırova da çatdırılıb.

 

O isə DİN rəhbərliyinə gecənin bütün "qəhrəman"larının təcili tapılmasını əmr edib.

 

Gecədə iştirak etmiş dörd nəfərdən üçü - Mariya, Bəşir və Adam itkin düşüblər.

 

İddialara görə, onlar təyyarəyə minərək Türkiyəyə qaçmaq istəsələr də, Kadırovun göstərişi ilə təyyarə geri qaytarılıb.

 

Mariya, Bəşir və Adamın qətlə yetirilərək basdırıldıqları iddia olunur.

 

Sofyanın isə hazırda narkotik asılılıqdan məcburi müalicə kursu keçdiyi vurğulanır.Milli.Az


OXŞAR XƏBƏRLƏR

Argentinada iki qatar TOQQUŞDU - Yaralılar var 

Argentinada iki qatar toqquşub və 60 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qatar texniki xidmət üçün dayanmış qatarın vaqonlarına çırpılıb. ...

DYP sürücülərə MÜRACİƏT ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.   Sfera.az-ın məlumatına görə, müraciətdə bildirilib k...

Prezidentin Şuşadan verdiyi mesajların PƏRDƏARXASI: “Bu, onlara ünvanlanıb” 

“Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərində sakinlərlə görüşdə “əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa...

Prezidentlə xanımı Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının ...

Ramiz Tahirov vəzifəsindən azad olundu - FOTO

Mayın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə toplantı keçirilib.   Sfera.az xəbər verir ki,...

Ulu Öndərə yazdığı məktuba görə ermənilərin qəzəbinə tuş gələn, Göyçə həsrətli, 80 yaşlı Qədir Aslanla MÜSAHİBƏ 

Bir neçə gün sonra Əməkdar jurnalist Qədir Aslanın 80 yaşı tamam olur. Ölkəmizin və Qərbi Azərbaycan jurnalistikasında öz dəsti-xətti ilə seçilən Qədir müəllim ...