Deputat gizli toylardan danışdı – “Sosial şəbəkələrdə foto paylaşırlar, sonra isə...”

Deputat gizli toylardan danışdı – “Sosial şəbəkələrdə foto paylaşırlar, sonra isə...”
Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev yerli mediaya açıqlamasında xəbərdarlıqlara baxmayaraq, gizli toyların hələ də keçirildiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə anonim zənglərlə yanaşı, sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar olur və bu paylaşımlar araşdırılan zaman əksər hallarda öz təsdiqini tapır.

Digər tərəfdən gizli toy edənlərə haqq qazandıranlar da kifayət qədərdir. Qadağalara məhəl qoymayanların sayı isə günü-gündən artır.
 
Bununla bağlı Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a açıqlamasında deyib ki, əslində toyların keçirilməsi virusa yoluxanların sayının artmasına imkan yaradır:

"Təəssüf ki, bəzi şəxslər gizli formada toy şənlikləri keçirirlər, halbuki kütləvi tədbirlərin təşkilinə icazə verilmir. Bu yolverilməzdir. Xüsusilə toyların sosial şəbəkələrdə ictimailəşdirilməsi doğru deyil. Belə məsələlər ictimailəşdirildiyi halda, bunu edən şəxs qanun qarşısında cavab verməli və cəzalandırılmalıdır. Çünki bu gün cəmiyyətimizdə kifayət qədər gənclər var ki, ailə həyatı qurmaq istəyirlər. Toy etmək üçün pandemiyanın bitməsini gözləyirlər. Belə paylaşımlar isə həmin gənclərdə gizli toyların mümkün olub-olmaması istiqamətində müəyyən fikirlər yaradır.
 
Düşünürəm ki, hüquq-mühafizə orqanları xidmət etdikləri ərazidə belə halları müşahidə etməli və vaxtında qarşısı alınmalıdır. Həm də İnzibati Xətalar Məcəlləsində gizli keçirilən tədbirlərlə bağlı müəyyən cəzalar nəzərdə tutulub. Tədbir keçirən şəxslər sosial şəbəkədə paylaşım edərək bunu nümayiş etdirirlərsə, bu faktdır, təsdiqini tapır və müasir qanunauyğun cəzanın tətbiq edilməsi üçün predmentdir”.

Millət vəkili bildirib ki, müəyyən məhdudiyyətlərlə toyların keçirilməsinə icazə verilməlidir: "Toyların keçirilməsini uzunmüddətli qadağan etməyi də düzgün hesab etmirəm. Çünki bu gün restoranlarda kifayət qədər insanlar oturur, vaxtını keçirirlər. Həmin sahələrin fəaliyyətinə icazə verilib. Toylarla bağlı da müəyyən qurumlar müəyyənləşdirməlidir ki, hansı çərçivədə imkan verilə bilər - 15, 20, 30 nəfərlə...və.s. Gənclər evlənməlidirlər. Pandemiyanın nə qədər davam edəcəyi məlum deyil, ona görə də şərait yaradılmalıdır.
 
Bununla yanaşı, bu gün kifayət qədər ailələr var ki, toy etmədən nikaha girib ailə qururlar. Bu da müsbət haldır. Təntənəli toyun edilməsini də vacib hesab etmirəm. Biz bu cür toylardan uzaqlaşmalıyıq. Kiçik məclislər təşkil edərək gənclərin ailə həyatı qurmasına icazə verilməlidir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...