Deputat AŞ PA-nı Ermənistana təzyiq göstərməyə çağırıb - FOTO

Deputat AŞ PA-nı Ermənistana təzyiq göstərməyə çağırıb - FOTO

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasını (AŞ PA) Suriya ermənilərini işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirən Ermənistana təzyiq göstərməyə çağırıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, AŞ PA-da Suriyada baş verən faciələrlə bağlı müzakirələr zamanı çıxış edən millət vəkili Q.Paşayeva Ermənistan hökumətinin Suriyadan köçkün düşmüş erməniləri öz çirkin oyunlarına alət etdiyini söyləyib və buna son qoyulması üçün AŞ PA-nı Ermənistana təzyiq göstərməyə çağırıb:

"Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda bu, insani dəyərlər baxımından da doğru yanaşma deyil. Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm.

Ermənistan dövləti onları Ermənistanın bölgələrinə deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməklə həm onlara, həm də AŞ PA-nın da üzərində dayandığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Assambleyamızda bir neçə dəfə AŞ-nin baş katibi, AŞ PA prezidenti tərəfindən də münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vuran, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların atılmaması barədə çağırışlar edilib. Biz Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan münaqişə nəticəsində köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə və məruzəçimizi də bu məsələyə xüsusi diqqət yetirməyə çağırırıq".

Millət vəkili bildirib ki, AŞ PA Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir.


OXŞAR XƏBƏRLƏR

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...