Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrovun açıqlaması barədə bəyanat yaydı

Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrovun açıqlaması barədə bəyanat yaydı

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb. 

Bəyanatda deyilir: 

"Məlum olduğu kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi diqqət mərkəzində olub.

 

Rusiya Xarici İşlər naziri xüsusilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa təmasların bərpa olunmasının əhəmiyyətini qeyd etmiş, bunun çox perespektivli mövzu olduğunu bildirib.

S.Lavrov həmçinin Dağlıq Qarabağın bütün əhalisinin istənilən halda gələcəkdə necə yaşayacaqlarını birgə müəyyən edəcəklərinin önəmini vurğulayıb.

S.Lavrovun sözügedən bəyanatında "əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının bu qəbildən olan bəyanatlarının ruhuna uyğundur. Bizim əvvəlki bəyanatlarımızda dəfələrlə bildirildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsindən sonra, Dağlıq Qarabağ bölgəsində erməni icması ilə sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinin tərəfdarıyıq.

Dağlıq Qarabağın əzəli azərbaycanlı sakinləri öz torpaqlarına qayıtmayınca, bölgənin hər hansı formada inkişafından söhbət gedə bilməz.

Bizim ali məqsədimiz öz yurdumuza qayıtmaq, dağıdılmış tarixi, mədəni, dini irsimizi bərpa etmək və Dağlıq Qarabağda yenidən insanların dinc, xoşbəxt şəkildə yaşayışını təmin etməkdir. Yalnız belə olan halda bölgəmizdə ədalətli və daimi sülhün bərqərar edilməsi mümkündür”. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...