Daha bir şirkət koronovirusun qarşısını alınmasına dəstək verdi - ON MİN MANAT

Daha bir şirkət koronovirusun qarşısını alınmasına dəstək verdi - ON MİN MANAT
"Dizayn İnşaat Qrup” MMC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat vəsait köçürüb.
 
Qurumdan Sfera.az-a verilən məlumatda bildirilir ki, vəsaitin ayrılmasında məqsəd koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.

OXŞAR XƏBƏRLƏR