“Dağlıq Qarabağ probleminin həlli çox yubandı...” – Rusiya XİN sözçüsü nə demək istəyirdi?

“Dağlıq Qarabağ probleminin həlli çox yubandı...” – Rusiya XİN sözçüsü nə demək istəyirdi?

"Hərb variantını istisna etmək, Paşinyana təzyiq göstərmək və ölkəsinin geosiyasi maraqlarından çıxış edərək Zaxarova münaqişənin həllinin çox uzandığını dilə gətirib”.


Sfera.az-a açıqlamasında bu sözləri Risiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovanın mətbuat konfransında Dağlıq Qarabağ konfliktinə toxunarkən problemin həllinin çox uzanması barədə sözlərinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.

 

Politoloqun sözlərinə görə, bu açıqlamada Rusiyanın iki marağı var: "Belə açıqlama verməklə Moskva ilk növbədə Nikol Paşinyan hökumətinə təzyiq edir ki, Dağlıq Qarabağ probleminin həllilə bağlı masadakı müzakirə predmetinə yenidən qayıtsın. Söhbət mərhələli həll planından gedir. Məlum olduğu kimi, İrəvan hökuməti mərhələli həll planını süngü ilə qarşıladı. Buna cavab olaraq Kremlin münaqişənin həllinin çox uzanması barədə açıqlaması fonunda yenidən həmin məsələnin təkrarlanması Paşinyan hökumətinə təzyiq kimi dəyərləndirilməlidir. Kreml bununla demək istəyir ki, uzun müddət Paşinyanın nazı ilə oynamayacaq”.

 

N. Miri hesab edir ki, Zaxarovanın belə bir açıqlama ilə çıxış etməsi Rusiyanın özünün geosiyasi maraqlarından qaynaqlanır: "Moskva postsovet məkanındakı bütün nöqtələri yenidən öz orbitinə qaytarmaq istəyir. Yəni, həm nala, həm də mıxa vurmaqla, Rusiyanın geosiyasi maraqlarından irəli gələrək belə açıqlamalarla çıxış edirlər. Zaxarovanın həmin açıqlaması da bu mənada həmin niyyətə xidmət edir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   B...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...

Bəzən bir qadın bütün dünyanı dəyişdirir: Qaradərililərin azadlıq mübarizəsindəki ilk qığılcım

Əksər tarixçilər ABŞ-da vətəndaş hüquqları hərəkatının başlanğıcını 1955-ci il dekabrın 1-i hesab edirlər. Həmin gün irqçiliyin ən şiddətli olduğu Alabama ştatı...