Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir -FOTO
Bu gün Göygöl rayonunun Keşkü kəndində Azərbaycanda ilk dəfə “Moruq Festivalı”na start verilib. Sfera.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, sabah başa çatacaq və Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları nazirliyə məxsus Aqrar İnnovasiya Mərkəzi, "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi, eləcə də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, digər