Qafqaz İslam Ordusunun zəfər yürüşü – Cavanşir Feyziyev yazır...

Qafqaz İslam Ordusunun zəfər yürüşü – Cavanşir Feyziyev yazır...

1918-ci il mayın 28-də yaradılmş Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin və türk dünyasının tarixinə ilk demokratik respublika quruculuğunun tarixi kimi yazılıb. Cumhuriyyətin qurulması ilə əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan türkləri özlərinin müasir tipli müstəqil dövlətinə sahib oldu.

 

Azərbaycan Xalq Cümhuriyyəti Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda apardığı qanlı müharibələrin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılmışdı. İlk türk respublikasının birinci mühüm vəzifəsi Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaqdan ibarət idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan dərhal sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışdılar. Həmin ərəfədə Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirirdi. Yenicə təşkil olunmuş hökümətin qarşısında ölkədə baş verən dağıdıcı hadisələrin qarşısını almaq, Azərbaycan xalqını və müstəqilliyini qorumaqla yanaşı, həm də Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, ermənilərin ərazi iddialarını həll etmək kimi ağrılı problemlər dayanırdı.

logo-ulusal-az

logo-icon-ulusal-az

image-452408-1backend

Gündəm

15.09.2024 - 11:13142

Qafqaz İslam Ordusunun zəfər yürüşü – Cavanşir Feyziyev yazır…

image-320x100

1918-ci il mayın 28-də yaradılmş Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin və türk dünyasının tarixinə ilk demokratik respublika quruculuğunun tarixi kimi yazılıb. Cumhuriyyətin qurulması ilə əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan türkləri özlərinin müasir tipli müstəqil dövlətinə sahib oldu.

 

Azərbaycan Xalq Cümhuriyyəti Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda apardığı qanlı müharibələrin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılmışdı. İlk türk respublikasının birinci mühüm vəzifəsi Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaqdan ibarət idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan dərhal sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışdılar. Həmin ərəfədə Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirirdi. Yenicə təşkil olunmuş hökümətin qarşısında ölkədə baş verən dağıdıcı hadisələrin qarşısını almaq, Azərbaycan xalqını və müstəqilliyini qorumaqla yanaşı, həm də Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, ermənilərin ərazi iddialarını həll etmək kimi ağrılı problemlər dayanırdı.

Azərbaycan milli azadlıq hərəkatının liderləri getdikcə şidətlənən daşnak-bolşevik təcavüzünü dayandırmağın yeganə yolunu Osmanlı dövlətindən hərbi yardım almaqda görürdülər. Çox mürəkkəb beynəlxalq geosiyasi şəraitdə müstəqilliyini elan etmiş və təxirəsalınmaz hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq siyasətinin ilk addımı kimi Türkiyə ilə dostluq müqaviləsi bağlamağı qərara aldı. Beləliklə, 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Azərbaycan xalqı üçün həyati əhəmiyyətə malik olan bu sənəd Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilənin şərtlərinə uyğun olaraq, Beşinci Qafqaz firqəsi (diviziyası) Mürsəl paşanın komandanlığı altında Azərbaycana göndərildi. Həmin diviziya və general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid sturukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru Paşaya həvalə olundu.

Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru Paşanın başçılıq etdiyi türk hərbi birləşməsinə yerli əhalidən toplanmış könüllülər də daxil oldu. Qafqaz İslam Ordusunun şəxsi heyəti birgə qüvvələrdən formalaşdı.

1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti soyqırım taleyini yaşamaqda olan xalqı bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Azərbaycan hökuməti xarici müdaxilənin qarşısının alınması və dövlət müstəqilliyinin qorunub saxlanması məqsədilə əsas fəaliyyətini ordu quruculuğuna yönəltmişdi.

İyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə ordu quruculuğu istiqamətində mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə, iyul ayının 15-də Birinci dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırım cinayətlərini araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etmək məqsədilə Fövqəladə Təhqiqat komissiyası yaradılması barədə qərar qəbul olundu.

Qafqaz İslam Ordusunun hissə və bölmələri bu struktur yaranan gündən Azərbaycanın istiqlaliyyətini məhv etmək üçün irimiqyaslı hərbi əməliyyatlara başlamış bolşevik-daşnak qüvvələrinə qarşı ağır döyüşlərə başladı. Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusu Gəncə ermənilərinin tərksilah edilməsində, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi və s. döyüşlərində misilsiz şücaət göstərdilər, bolşevik-daşnak qüvvələrinə ağır zərbələr endirərək, onları bütün cəbhə boyu geri çəkilməyə məcbur etdilər.

Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırılmışdı. Bunların 8 mini osmanlı, 6 mini isə Azərbaycan türkləri idi. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olunmuş Bakının azad edilməsi ilə nəticələndi. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi.

Bakının erməni-bolşevik işğalından azad edilməsi zamanı düşmənin çoxlu sayda silah-sursatı müsadirə edildi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid verdi. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı təxminən 4000 nəfər olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirilmiş birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı olmuşdur. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.

Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərdiyi bütün dövrdə Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə rus müdaxiləsindən azad etdi.

Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə Azərbaycan xalqına qarşı S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında, Bakının işğaldan azad edilməsində və milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynadı.

Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin 1918-ci ildə birgə həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı ölkəmizin bugünkü müstəqilliyinin təməlininin qoyulmasında da çox mühüm tarixi rol oynadı. O zaman Osmanlı dövlətinin göstərdiyi hərbi və siyasi dəstək milli dövlətçilik tariximizin sonrakı mərhələlərində də çox mühüm rol oynadı. Bu tarixi hadisələrə bu günün reallığından baxdıqda Azərbaycanın Türkiyə ilə bu günkü qardaşlıq münasibətlərinin zəfərlərlə dolu tarixi keçmişimizə söykəndiyi aydın görünür.

 

Cavanşir Feyziyev


OXŞAR XƏBƏRLƏR

Devalvasiya MÜƏMMASI – Manat məzənnəsini qoruyacaq, yoxsa UCUZLAŞACAQ?

  İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ...

Bu ərazilərdə sabah qaz olmayacaq

Binəqədi və Yasamal rayonlarının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   "Azəriqaz"dan Sfera.az-a verilən məlu...

Alimlər İlon Maskın Starlink peyklərinin müdaxiləsindən şikayətləniblər

Hollandiya, İngiltərə , Fransa və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu milyonçu İlon Maskın SpaceX-in yeni Starlink internet rabitə peyklərinin ko...

Blinkendən Livandakı partlayışlara reaksiya

ABŞ Dövlət katibi Entoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.   Sfera.az xəbər verir ki, Blinken mətbuat konfransında...

BMT-də İsrailə qarşı qətnamə qəbul edildi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstindən çıxarılmasını tələb edən qətnaməni qəbul edib.   Sfera.az xəbər v...

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib.   Sfera.az xəbər verir ki,...