Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı
Avqustun 16-ı saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 40 (aylıq normanın 48%-i), Zaqatalada 11, Qubada 9, Ağstafa, Lənkəranda 7, Daşkəsən, Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerik, Qaxda 2, Qrız, Altıağac, Şəki, Gədəbəy, Şəmkirdə 1 mm-dək qeydə