"Kaş bu günü tarixdən silə bilərdim"

"Kaş bu günü tarixdən silə bilərdim"
Kateqoriya məlum deyil
T

Aparıcı Vüsalə Əlizadə qardaşının ölüm ildönümündə onun məzarını ziyarət edib.

Sfera.az xəbər verir ki, o atasının və qardaşının qəbrində çəkilən görüntüləri instaqramda paylaşaraq "Sonsuz sevgim" şərhini yazıb.

Yaxınlarının vəfatı ilə barışa bilməyən aparıcı "Sizin üçün çox darıxıram, hər ikinizə o qədər ehtiyacım var ki..." deyə paylaşımında qeyd edib:

"Canım çox yandı, çox yanır, çox... Hər gün yanır, hər xatirəmdə, hər andımda, hər haqqıma giriləndə, hər şər-böhtanda, hər kürəyimdən vurulanda, hər arxama dönüb tək olduğumu görəndə. Mən sizin üçün çox darıxıram. Hər ikinizə o qədər ehtiyacım var ki... Sizi bircə dəfə görmək üçün, dərdlərimi, ürəyimdəki qubarları bölüşmək üçün ömrümdən də pay verərdim. Kaş ki, bu günü tarixdən silə biləydim".

Xatırladaq ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn 2021-ci ildə avtomobil qəzasında həyatını itirib./baku.ws

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR