Sosialyönlü xərclərə 17 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur
Gələn il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 16 milyard 909,7 milyon manat məbləğində proqnozlaşdırılıb. Sfera.az xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub. Sosialyönlü xərclər siyahısına büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər, o cümlədən 20 il və daha çox