Vergi güzəştləri kimlərin gəlirlərinə şamil olunacaq? - Deputat AYDINLIQ GƏTİRDİ
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi Məcəlləsinə” təklif edilən dəyişikliklər müzakirə edilib və qəbul olunaraq plenar iclasa tövsiyə olunub. Dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq. Layihəyə əsasən, proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor,