Polis Naxçıvanda əməliyyat keçirdi - Saxlanılanlar var
Naxçıvanda polis əməkdaşları tərəfindən muxtar respublika ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. DİN-dən Sfera.az -a bildirilib ki, növbəti tədbirlər zamanı 58 yaşlı Kəmaləddin Səfərli, 60 yaşlı İslam Nəcəfov, 35 yaşlı Türkanə Tahirova və 38 yaşlı Elnur Babayev saxlanılaraq istintaqa cəlb ediliblər. Onlardan külli miqdarda heroin, marixuana, psixotrop maddə metamfetamin və kultivasiya edilərək yetişdirilmiş çətənə