Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb - SƏBƏB

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb - SƏBƏB

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 milyon manat vəsait sərf olunub.

Hesablamalar göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat xərclənib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə yaşayış evinin 1 kv. metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat sərf olunub.

Sfera.az xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yaşayış evlərinin maya dəyərinin artmasına bir neçə amil təsir göstərib. Onlardan biri tikinti şirkətlərinin və ya sahibkarların qarşısına qoyulan tələblərdir. Bura vergi ödənişləri və s. xərclər daxildir. İkinci səbəb isə tikinti materiallarının qiymətindəki artımdır.

Cəmiyyət sədri qeyd edib ki, evlərin maya dəyərinin artması onun bazar qiymətinə də təsirsiz ötüşmür. Belə ki, yaşayış evinin 1 kv. metrinə xərclənən vəsait sonda toplanaraq bazar qiymətinin artmasına səbəb olur. Bu isə daşınmaz əmlak bazarında qiymət artımı ilə nəticələnir.

Vüqar Oruc onu da əlavə edib ki, bundan sonrakı dövr üçün də mənzil və evlərin qiymətində artım gözlənilir. Ümumilikdə isə 2025-ci il ərzində daşınmaz əmlak bazarında 15-20 faiz artım proqnozlaşdırılır.

 


OXŞAR XƏBƏRLƏR

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus biznes təyyarəsi Moskvaya eniş etdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.   Sfera.az xəbər verir ki, eniş məlumatları “Flightradar24...

Cennifer Qarner nişanlısını Ben Afflekə görə atmağa hazırdır?

Amerikalı aktrisa Cennifer Qarner keçmiş əri Ben Affleklə "ikinci raund" üçün "baş direktor olan sevgilisini atmaqdan imtina edir". Sfe...

“Honda” və “Nissan”ın birləşməsi ilə bağlı danışıqlar bitdi

“Honda” və “Nissan” vahid konserndə birləşmək şərtləri ilə bağlı razılığa gəlməyiblər. Yapon avtomobil nəhəngləri birləşmə danışıqlarını...

Kanye Uest daha 25 milyon dollar itirə bilər: Bianka ilə əlaqəsi nədir?

Kanye Uestin mübahisəli açıqlamaları ona 25 milyon dollara başa gələ bilər. Mənbələr iddia edirlər ki, amerikalı reperin həyat yoldaşı Bianka Sensori antis...

Con Kennedinin qardaşı oğlu ABŞ-də nazir oldu

ABŞ-nin mərhum prezidenti Con Kenndedin qardaşı oğlu Robert Kennedi nazir postuna təyin edilib.   Sfera.az “The Washington Post”a istinad...

Elmə görə hansı formada yatmaq daha sağlıqlıdır?

Yuxu vəziyyətinizin sağlamlığınıza necə təsir etdiyini heç düşünmüsünüzmü? Bəzi insanlar arxası üstə uzanmadan yata bilməsələr də, bəziləri yalnız yan yatarkən ...