Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı qərar qəbul edib
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib. Bu barədə Sfera.az -a Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ittihama görə, qabaqcadan əlbir olan iki şəxs qrup halında birləşib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 170.3-cü maddələrində nəzərdə tutulan əməli törədərək özgə əmlakını günün işıqlı vaxtı, iş vaxtı ərzində qapısı açıq, mülkiyyətçisi çöldə olan