Bu qan qrupundan olanlara XƏBƏRDARLIQ


Bu qan qrupundan olanlara XƏBƏRDARLIQ

Yeni araşdırmaya görə, AB qan qrupu olan insanların "Alzheimer" xəstəliyinə tutulma riski digər qan qruplarına sahib olanlara nisbətən yüzdə 82 daha yüksəkdir.
 

Sfera.az xəbər verir ki, "Diariouno.com" saytının məlumatına görə, yeni araşdırma müəyyən qan qruplarına malik insanların Alzheimer kimi neyrodegenerativ xəstəliklərə daha çox meylli ola biləcəyini göstərib.

 

Bəs, hansı qan qrupu bu xəstəliklərə daha çox həssasdır?

 

Araşdırmaya görə, dünya əhalisinin ən nadir qan qruplarından biri olan AB qan qrupu olan insanlarda "Alzheimer" və digər koqnitiv problemlərin inkişaf riski daha yüksəkdir. Tədqiqatda yaşı 65 və daha yuxarı olan 1200-dən çox iştirakçının məlumatları araşdırılıb. Nəticələr AB qan qrupu olan insanların yaddaş və düşüncə problemləri yaşama riskinin digər qan qruplarına sahib olanlara nisbətən 82 faiz daha yüksək olduğunu ortaya qoyub.

 

AB qan qrupu olan insanlarda "Alzheimer"in ilkin əlamətlərindən biri olan yüngül koqnitiv pozğunluq (MCI) yaşama riskinin əhəmiyyətli dərəcədə yüksək olduğu aşkar edilmişdir. Tədqiqatçılar bu əlaqəni AB qan qrupu olan şəxslərdə daha yüksək səviyyədə olan Faktor VIII adlı laxtalanma faktoru ilə əlaqələndirirlər. Bu amilin beyin qan axınına təsir edərək uzun müddətdə idrak sağlamlığına mənfi təsir göstərə biləcəyi düşünülür.

 

AB qan qrupu ən yüksək risk daşısa da, digər qan növləri də beyin sağlamlığına təsir göstərə bilər:

 

Tip 0: Bu qan qrupunun ürək xəstəliyi riski daha azdır və bəzi tədqiqatlar Alzheimer riskinin də daha az olduğunu göstərir.

 

A və B növləri: Bu orta riskli qruplar üçün məlumatlar qəti olmasa da, bəzi tədqiqatlar bu qrupların idrak sağlamlıq problemlərinə daha çox meylli ola biləcəyini göstərir. Milli.Az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə davam edir: Castin Bieber illərin sükutunu pozdu

Nyu Yorkda musiqi maqnatı Sean "Diddi" Kombsun məhkəməsi davam edərkən, sükutu nəhayət reperin ən məşhur qurbanlarından biri Castin Biber pozub. ...

“Elgünü qətlə yetirən cinayətkarlara layiq olduqları cəzanı verəcəklər” -Deputat

Xəbər verdiyimiz kimi, Gəncə şəhər 34 saylı məktəbin 11-ci sinif şagirdi Elgün İbrahimov xüsusi amansızlıqla qətlə yetirilib.    2 gün əvvəl qət...

İmmiqrantların vətəndaşlıq uğrunda mübarizə aparacağı realiti-şou çəkilir

Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Departamenti miqrantların potensial ABŞ vətəndaşlığı uğrunda mübarizə aparacağı realiti-şousu yaratmağı düşünür. S...

İkinci Dünya Müharibəsi zamanı itirilmiş rəsm Lukaşenko tərəfdarı tərəfindən alınıb

İkinci Dünya Müharibəsi zamanı oğurlanmış Vladislav Qalimskinin “Qadın portreti” tablosu Ukrayna Milli İncəsənət Muzeyinə qaytarılıb.   Sfe...

Bakının bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI

Bakının İlqar Abdullayev küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolla...

Məhərrəm ayı ərəfəsində toylar artıb, qızıl bahalaşıb - VİDEO

Məhərrəm ayının başlamasına az qalmış toyların sayı artıb.   Sfera.az-ın məlumatına görə, satıcılar deyirlər ki, mövcud vəziyyət qızıl bazarında...