Külli miqdarda spirtli içki marketlərdən yığışdırıldı
Bu ilin iyul - avqust aylarında müxtəlif sahibkarlıq subyektlərində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq dövriyyədən çıxarılıb. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda Tanrıverdiyev Hüseyn Allahverdi oğluna məxsus satış obyektində 840 ədəd, Abşeron rayonu, Xırdalan şəhərində Bağırov Asif Vasil oğluna məxsus satış obyekti və anbarında 1.491 ədəd, Abşeron rayonu, Mehdiabad