Azərbaycanda 6 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

Azərbaycanda 6 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək
Kateqoriya məlum deyil
T

Sentyabr ayında Azərbaycanda Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz Qardaşlıq" çoxmillətli təliminin keçirilməsi nəzərdə tutulub.

 

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 30 avqust- Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda keçirilən qəbulda deyib.

 

"Azərbaycan və Türkiyənin müdafiə sahəsində əldə etdiyi nailiyyətlər hərbi birliyi daha da möhkəmləndirir, regionda əmin-amanlığın və sabitliyin qorunmasına böyük töhfə verir", - o qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR