Azərbaycana qar yağdı
Sentyabrın 12-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dolu düşüb. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yüksək dağlıq ərazilərə - Şahdağ, Laçın və Kəlbəcərdə isə qar yağıb. Düşən yağıntının miqdarı Qusarda 71, Qubada 63, Sarıbaşda (Qax) 49, Qəbələdə 40, Kürdəmirdə 30, Gədəbəydə 28, Zərdabda 25, Ağdam və Oğuzda 23, Xınalıqda 20, Şəkidə