Logo

IV siniflər arasında qızlar oğlanları üstələyir

IV siniflər arasında qızlar oğlanları üstələyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qızların nəticələri oğlanlardan yüksəkdir.

Sfera.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” adlı tədbirdə ARTİ-nin direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev deyib.

O bildirib ki, 2024-2025-ci il üzrə IV sinif qiymətləndirmə nəticələri bunu göstərib. Belə ki, ümumilikdə qızların 27.8 faizi yüksək nəticə toplayaraq 27.4 faizlə oğlanları üstələyib. Bundan başqa, oxuyub-anlama fənnində qızlar 14.1%, oğlanlar isə 13.5% yüksək nəticə göstərib. Riyaziyyat fənnində isə vəziyyət fərqlidir. Burada oğlanlar 13.8 faizlik nəticə əldə edərək 0.1 faizlə qızları ötüb.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR