Çin avtomobillərinə servis xidməti göstərmirlər - "Bu, bəhanədir"
Son vaxtlar Azərbaycanda Çin istehsalı avtomobillərin satışı sürətlə artır. Rəsmi dilerlər bildirir ki, xaricdən fərdi qaydada gətirilən Çin avtomobillərinə onlar servis xidməti göstərmirlər. Yəni, avtomobil eyni model olsa da, rəsmi kanal vasitəsilə alınmayıbsa, həmin markanın servisinə qəbul edilmir. Bu barədə “Changan”ın rəsmi servis mərkəzi və “Zeekr”, “Li Auto”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların rəsmi distribütorları olan “Efendiler Group” ilə əlaqə