Duman, yağış, külək... - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Bu barədə Sfera.az -a Xidmətdən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Lerikdə 9, Bakıda və Abşeron yarımadasında 7, Şəmkir və Qubada 4, Qobustanda 3, Astara, Şabran və Lənkəranda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ordubad, Balakən, Zaqatala, Qax, Şəki,