Bu gün Əli Kərimli ilə bağlı qərar veriləcək

Bu gün Əli Kərimli ilə bağlı qərar veriləcək
Kateqoriya məlum deyil
T

AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verib.

 

Sfera.az xəbər verir ki, bu gün (5 dekabr) saat 14:20-də Bakı Apellyasiya Məhkəməsində Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq.

 

Qeyd edək ki, 1 dekabrda Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Əli Kərimli barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

PAYLAŞ