Deputatlar nə qədər xərcləyəcək? - Büdcə qəbul edildi
Milli Məclisin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək. Sfera.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirə edilən Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsində əksini tapıb. Bu məbləğ 2025-ci illə müqayisədə 222 min 863 manat və ya 0,4 % çoxdur. Xərclər smetasının strukturunda 39,513 milyon manat əməyin ödənişi, 300 min manat sosial təminat üçün nəzərdə tutulub. Milli