Qar yağdı, görünüş məhdudlaşdı - Rayonlarda hava necədir?
Dekabrın 10-u saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Şahdağda qar yağır. Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 3, Şahdağda 1 sm-dir. Düşən yağıntının miqdarı Astarada 21, Biləsuvar, Lənkaranda 20, Lerikdə 18, Yardımlı, Gədəbəydə 13, Neftçalada