14 Fevral üçün restoran QİYMƏTLƏRİ - Toydan baha başa gəlir
Bakıda əksər restoranlar 14 fevral - Sevgililər Günü üçün xüsusi proqramlar hazırlayıb. Təklif olunan menyular, əyləncə proqramları və səhnə alan sənətçilər fərqli olduğu kimi qiymətlər də dəyişir. Sfera.az xəbər verir ki, bu il müəyyən edilən məbləğlərin əvvəlki illərlə müqayisədə xeyli yüksək olduğu müşahidə olunur. Qiymətlər menyunun tərkibi, dəvət olunan ifaçı, masanın yerləşdiyi yer və restoranın zal və ya terras seçimindən asılı olaraq formalaşır. Bəs, həmin gün şou proqramlar və yemək