Fuad Nağıyev bu xanıma yüksək vəzifə verdi

Fuad Nağıyev bu xanıma yüksək vəzifə verdi
Kateqoriya məlum deyil
T

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərov vəzifəsindən azad olunub.

 

Sfera.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb.

 

Digər əmrlər, Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi vəzifəsinə Elnarə Rüfət qızı Əliyeva-İskəndərova təyin edilib.

 

Qeyd edək ki, Bakı-Abşeron Regional Turizm İdarəsi 2023-cü ildə yaradılıb və həmin ildən sözügedən qurumun rəisi Səfərov Rauf Gündüz oğlu olub. Elnarə Əliyeva-İskəndərova Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvüdür.

PAYLAŞ