Bu rayonlarda yağış yağır, külək əsir - FAKTİKİ HAVA
Fevralın 3-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sfera.az- a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir. Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18,