Bu gün bu ərazidə işıq olmayacaq

Bu gün bu ərazidə işıq olmayacaq
Kateqoriya məlum deyil
T

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov, Sidqi Ruhulla küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

PAYLAŞ