Bu rayona yarım metr qar yağdı
Fevralın 11-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, qar örtüyünün hündürlüyü Şahbuzda 50, Qaxda (Sarıbaş) 28, Daşkəsəndə 20, Göygöldə 18, Gədəbəydə 15, Ağdamda 14, Lerikdə 10, Tərtərdə 9, Şamaxı, Yardımlıda 8, İmişlidə 7, Qubada 6, Goranboy, Xızı, Xaltanda 4, Naftalan, Qobustanda 3, Gəncə, Bərdə,