Bir ildə ölkədə neçə uşaq doğulub?
2025-ci ildə 95875 körpə doğulub. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2024- cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb. Doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olub. Körpələrdən 3170-i əkiz, 117-si isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (11,8), Qarabağ (11,3), Lənkəran-Astara (11,2), Şərqi Zəngəzur (11,1), Mil-Muğan