Logo

Bu şəxslərin diqqətinə - 5 gün sonra başlayır

Bu şəxslərin diqqətinə - 5 gün sonra başlayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralın 25-də saat 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.

Sfera.az bildirir ki, bu barədə  Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edəcək.

Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Qeyd edilib ki, 25 fevral 2026-ci il tarixindən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR