Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 103 xarici vətəndaşı ölkədən deportasiya edib. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Misir, Rusiya, Türkmənistan, Banqladeş, Pakistan, Özbəkistan, Çin, Azərbaycan, Nigeriya, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Qana,