Logo

Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi

Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Qeyd olunub ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edildi


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR