“TEKNOFEST Azərbaycan”da ikinci gün - FOTOLAR
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının bu gün ikinci günü keçirilir. Sfera.az xəbər verir ki, bugünki festivalda iştirakçıları Robot dog şou, avio-şoular, külək tunelində şoular gözləyir. Saat 18:00-dan 20:00-a qədər konser proqramında isə içtirakçılar Cəmilə, Jozeph Abbas, Dərviş, Gray Band, Mila Miles, Teymur Süleymanlı(Sax), Sultan Drums, DJ DİHAŞ-ın ifalarına qulaq asa bilərlər. Xatırladaq ki, "TEKNOFEST" festivalı ilk dəfə xaricdə - Azərbaycanda keçirilir.