Türkiyənin bu ərazilərində əhaliyə xəbərdarlıq edildi
Türkiyənin bir çox şəhərində toz dumanı müşahidə olunub. Günorta saatlarından etibarən Suriyadan gələn toz kütlələri Hatayın şəhər mərkəzi və rayonları başda olmaqla, Osmaniyenin Kadirli, Adananın Kozan və Saimbəyli rayonlarında gündəlik həyata mənfi təsir edib. Sfera.az xəbər verir ki, Türkiyə Meteorologiya Ümumi Müdirliyindən verilən açıqlamaya görə, toz dumanının Şərqi Aralıq dənizi, Orta Anadolunun şərqi, Şərqi Anadolunun qərbi və Cənub-Şərqi Anadoluda sabah axşama qədər təsirli olacağı