Qocalar evi yandı: 54 nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
Çexiyanın paytaxtı Praqada Alzheimer (unutqanlıq) xəstələrinin olduğu qocalar evində baş verən yanğında 54 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, naməlum səbəbdən baş verən yanğında qocalar evindəki 56 xəstədən 54-ü yaralanıb.
Yaralılardan 2-nin səhhətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, yanğından müdafiə briqadalarının köməyi ilə yanğın söndürülüb.
Hadisəylə bağlı araşdırmalara başlanılıb.(AZXEBER.COM)






