Bu universitetin nizamnamə fondu bir milyon manat müəyyənləşdi
Bakı Mühəndislik Universitetinin (BMU) nizamnamə fondu bir milyon manat müəyyənləşib. Sfera.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Bakı Mühəndislik Universitetinin Nizamnaməsi”ndə öz əksini tapıb. Ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və